Ağ Evin yaxınlığında Milli Qvardiya üzvlərinə silahlı hücum | VİDEO

   Ağ Evin yaxınlığında Milli Qvardiya üzvlərinə silahlı hücum    | VİDEO
  27 Noyabr 2025    Oxunub:620
ABŞ Milli Qvardiyasının (MQ) iki hərbi qulluqçusu Ağ Evin yaxınlığında güllələnərək ağır şəkildə yaralanıb
AzVision.az xəbər verir ki, bu barədə “ABC” telekanalı və “Associated Press” agentliyi, həmçinin “Newsmax” nəşrinin jurnalisti Mayk Karter ABŞ-nin Məxfi Xidmətinəə istinadən məlumat yayıblar.

Vaşinqton polisinin ilkin məlumatına görə, atışma 17-ci və 1-ci küçələrin kəsişməsində baş verib. Polis sözçüsü hücumçunun zərərsizləşdirildiyini bildirib.

Sonradan Vaşinqtonun polis idarəsi “X” sosial şəbəkəsində Ağ Evin yaxınlığında atışmada şübhəli bilinən şəxs saxlanıldığı və hdiasənin baş verdiyi ərazinin mühasirəyə alındığı barədə paylaşım edib.

Hadisə zamanı ABŞ prezidenti Donald Tramp Floridada qolf oynayırmış.

“Vaşinqtondakı atışmadan sonra Milli Qvardiyanın iki əməkdaşının vəziyyəti ağır olaraq qalır. Atəş açan şəxsin özü də ağır yaralanıb və onu ağır cəza gözləyir”, - Amerika lideri deyib.

Pentaqonun katibi Pit Heqset, Ağ Ev yaxınlığında baş verən atışmadan sonra Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgərinin göndəriləcəyini açıqlayıb.

Xatırladaq ki, cinayətlə mübarizə tədbirlərini gücləndirmək üçün Trampın göstərişi ilə avqustun ortalarından Vaşinqtonda Milli Qvardiya qoşunları yerləşdirilib. Daha sonra o, Milli Qvardiya qoşunlarının “cinayətkarların anladığı yeganə dil” olduğunu bəyan edərək, polis əməkdaşlarını qorumaq üçün sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.



Sahil İsgəndərov
AzVision.az



Teqlər: AğEv   atışma  



Xəbər lenti